“AmCham Azərbaycan”-a yeni icraçı direktor təyin edilib

14:49 - 6.04.2026


6 aprel, Fineko/abc.az. Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) İcraçı direktoru vəzifəsinə Zaur Kərimov təyin edilib.

Bu barədə ABC.AZ Palataya istinadla xəbər verir.

Qeyd olunur ki, 2007-ci ildən etibarən təşkilatda fəaliyyət göstərən Zaur Kərimov bu müddət ərzində müxtəlif rəhbər vəzifələrdə çalışaraq qurumun əməliyyat proseslərinin təkmilləşdirilməsi və üzv şirkətlərlə əlaqələrin inkişafında mühüm rol oynayıb.