17:24 - 3.04.2026
3 aprel, Fineko/abc.az. Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbii qazla təchiz edib.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
Nazir bildirib ki, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə görüşüb.
Görüşdə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycandan Yunanıstana təbii qazın tədarükü Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə həyata keçirilir.