Moldova parlamenti MDB-dən çıxmaq qərarı qəbul edib

14:46 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Moldova parlamenti Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq barədə yekun qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu qərarın əsas səbəblərindən biri Ukraynada baş verən müharibə olub. Qeyd olunub ki, dövlətlərin ərazi bütövlüyünün qorunması MDB-nin yaradılmasının əsas prinsiplərindən biridir.

Moldova parlamentariləri MDB-nin yaradılması haqqında Sazişi və Nizamnaməni pisləyiblər. Bəyanatda bildirilib ki, birlikdən çıxmaq ölkənin Avropa İttifaqına üzvlük yolunda atdığı addımlardan biridir.

Bununla belə, MDB-dən çıxmaq bütün əlaqələrin tam kəsilməsi demək deyil. Moldova ticarət-iqtisadi və sosial sahələr başda olmaqla, bir sıra MDB müqavilələrinin iştirakçısı olaraq qalacaq.