Almaniya atom enerjisinə qayıda bilər

11:52 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Almaniya Bundestaqının “Almaniya üçün Alternativ” partiyasından deputatı Şteffen Kotre bildirib ki, yaxın illərdə Almaniya iqtisadiyyata zərər vermədən CO₂ emissiyalarını azaltmağın yeganə yolu kimi yenidən atom enerjisindən istifadə edə bilər.

ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, səkkizə qədər atom elektrik stansiyasını nisbətən az xərclərlə yenidən istismara qaytarmaq mümkündür və atom enerjisi iqtisadi baxımdan səmərəli olaraq qalır. Bundan əlavə, kiçik modul reaktorlar da daxil olmaqla yeni texnologiyalar nəzərdən keçirilir.

Eyni zamanda kansler Fridrix Merts atom enerjisindən imtinanı yekun qərar hesab edir. Lakin bəzi siyasətçilər, o cümlədən Markus Zöder enerji qiymətlərinin artması fonunda bu sahəyə qayıdışı dəstəkləyir.

Almaniya Fukuşima-1 qəzasından sonra atom enerjisindən imtina qərarı vermişdir və son stansiyalarını 2023-cü ildə tam bağlamışdır.