"Chrome" brauzerinin martda Azərbaycandakı bazar payı bu qədər olub

10:40 - 3.04.2026


3 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 78,76 % təşkil edib.

ABC.AZ-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, fevral ayına nisbətən 4,31 faiz bəndi azdır, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə isə 0,6 faiz bəndi çoxdur.

Beləliklə, onun bazar payı ardıcıl olaraq 2-ci aydır azalır (ümumi azalma 8,4 % təşkil edib).

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 3,72 faiz bəndi artaraq, illik isə 0,45 faiz bəndi azalaraq 10,43 % olub.

Növbəti yerdə qərarlaşan "Samsung Internet"in bazar payı aylıq 0,99 faiz bəndi artaraq, illik isə 0,8 faiz bəndi azalaraq 2,99 % təşkil edib.

Dördüncü yerdəki "Opera"nın bazar payı ay ərzində 0,92 faiz bəndi, illik müqayisədə isə 0,46 faiz bəndi artaraq 2,85 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,53 faiz bəndi artaraq, illik isə 0,02 faiz bəndi azalaraq 1,64 % olub.