14:41 - 2.04.2026
2 aprel, Fineko/abc.az. Azərbaycan bank sektoru 2026-cı ilin ilk iki ayında bank sektoru 189.7 milyon manat xalis mənfəət əldə edib. Halbuki, 2025-ci ilin eyni dövründə 179.4 milyon manat idi.
ABC.AZ xəbər verir ki, 301.2 milyon manat əməliyyat mənfəəti əldə edib, büdcəyə isə 47.7 milyon manat mənfəət vergisi ödəyib.
Bankların cəmi aktivləri 57.1 milyard manata, öhdəlikləri 49.6 milyard manata, balans kapitalı isə 7.5 milyard manata çatıb. Ay ərzində aktivlər 0.3%, öhdəliklər 0.2%, kapital isə 1.5% artaraq sektorun sabit artım göstərib.
Kredit portfeli fevralda 0.5% və ya 138.8 milyon manat artaraq 30.1 milyard manata yüksəlib. Portfelin əsas hissəsini 16.1 milyard manatla biznes kreditləri təşkil edib, istehlak kreditləri 9.5 milyard manat, ipoteka kreditləri isə 4.6 milyard manat olub.