09:22 - 2.04.2026
2 aprel, Fineko/abc.az. Ötən gün baş verən ucuzlaşmadan sonra, cümə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artmaqdadır.
Saat 09:15-ə olan məlumata görə, ICE Futures birjasında "Brent" markalı neftin iyun fyüçersləri 5,88 dollar (5,81%) bahalaşaraq bir barel üçün 107,04 dollar təşkil edib. 1 aprel tarixinə olan ticarət nəticələrinə görə, "Brent"in qiyməti 2,81 dollar (2,70%) azalaraq bir barel üçün 101,16 dollara düşüb.
Saat 09:15-ə olan məlumata görə, NYMEX birjasında WTI markalı neftin may fyüçersləri 4,84 dollar (4,83%) artaraq bir barel üçün 104,96 dollara çatıb. 1 aprel tarixinə olan ticarət nəticələrinə görə, WTI-ın qiyməti 1,26 dollar (1,24%) ucuzlaşaraq bir barel üçün 100,12 dollar təşkil edib.
