15:32 - 1.04.2026
1 aprel, Fineko/abc.az. “Saudi Aramco” və Əlcəzairin “Sonatrach” şirkəti, qlobal bazarda məhdud tədarük səbəbiindən aprel ayında LPG satış qiymətlərini 38-80% artırdı.
ABC.AZ xəbər verir ki, Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının bağlanması nəticəsində yaranan enerji böhranı tədarükün kəsilməsinə səbəb oldu: bölgə əvvəllər qlobal LPG dəniz ixracatının təxminən 30%-ni təmin edirdi.
“Saudi Aramco”nun qiymətləri propan üzrə tonuna 750 dollara, butan üzrə isə 800 dollara yüksəlib. “Sonatrach”da isə bu göstəricilər müvafiq olaraq 850 və 900 dollar təşkil edib. Bu qiymətlər Asiya, Aralıq dənizi və Qara dəniz regionları üçün əsas orientir hesab olunur.