16:22 - 31.03.2026
31 mart, Fineko/abc.az. 2026-cı ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3.6 faiz artaraq 410.6 milyon manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49.7 faizi hüquqi şəxslərin, 50.3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.6 faiz artaraq 202.1 milyon manat olub.