14:42 - 31.03.2026
31 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 804 milyon 317 min ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, iki ayda Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Ruminiya, Bolqarıstan, Portuqaliya və Çexiya ilə formalaşıb.
Belə ki, İtaliya ilə ticarət dövriyyəsinin dəyəri 1 milyard 813 milyon 454 min ABŞ dolları olub ki, bunun da 1 milyard 732 milyon 161 min dolları ixracın, 81 milyon 292 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 20,4 %, o cümlədən ixrac 21,4 % azalıb, idxal isə 10,5 % artıb.
Rumıniya ticarət dövriyyəsinin dəyəri 151 milyon 96 min ABŞ dolları təşkil edib ki, bunun da 144 milyon 35 min dolları ixracın, 7 milyon 61 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 15,8 %, o cümlədən ixrac 13,6 %, idxal isə 44,8 % azalıb.
Bolqarıstanla ticarət dövriyyəsinin dəyəri 122 milyon 362 min ABŞ dolları olub ki, bunun da 119 milyon 256 min dolları ixracın, 3 milyon 106 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 8,7 %, o cümlədən ixrac 7,7 %, idxal isə 35,8 % azalıb.
Portuqaliya ilə ticarət dövriyyəsinin dəyəri 114 milyon 142 min ABŞ dolları təşkil edib ki, bunun da 112 milyon 367 min dolları ixracın, 1 milyon 775 min dolları isə idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 2,3 %, o cümlədən ixrac 3 % artıb, idxal isə 27,1 % azalıb.
Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 92 milyon 77 min ABŞ dollar olub ki, bunun da 84 milyon 996 min dolları ixracın, 7 milyon 81 min dolları idxalın payına düşüb. Son 1 ildə bu istiqamətdə ticarət dövriyyəsi 60,8 %, o cümlədən ixrac 62,1 % , idxal isə 31,9 % azalıb.
25 İyul 2026