Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 2 ayda 31,7 % azalıb

14:40 - 31.03.2026


31 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 804 milyon 317 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 31,7 % azalaraq 2 milyard 428 milyon 516 min ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 22,8 % azalaraq 375 milyon 801 min ABŞ dolları olub.

Yanvar-fevral aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 66,2 %, ümumi idxalında payı isə 14,4 % təşkil edib.