Meta 80 milyard dollar investisiyadan sonra meta-kainat layihəsini ixtisar edir

18:06 - 19.03.2026


19 mart, Fineko/abc.az. Mark Sukerberq meta-kainatın (metaverse) inkişafını məhdudlaşdırır: "Meta" şirkəti "Quest" VR-qarniturlarında "Horizon Worlds"ün dəstəyini dayandıracaq və xidməti yalnız mobil cihazlarda saxlayacaq.

ABC.AZ xəbər verir ki, layihə gözləntiləri doğrultmayıb. Belə ki, auditoriya proqnozlaşdırılan göstəricilərdən xeyli aşağı olub, zərərlər isə on milyardlarla dollara çatıb. Şirkət artıq 1000-dən çox əməkdaşı ixtisar edib və diqqətini süni intellekt həmçinin geyilə bilən cihazlara (wearable devices) yönəldir.