“Rosatom”, eskalasiya fonunda Buşerdəki AES-dən personalın təxliyəsini hazırlayır

16:22 - 19.03.2026


19 mart, Fineko/abc.az. Buşer AES ətrafında gərginliyin artması fonunda "Rosatom" stansiyanın işini dayandırmağı planlaşdırmır, lakin əməkdaşların genişmiqyaslı təxliyəsinə hazırlaşır.

ABC.AZ xəbər verir ki, personalın bir hissəsi artıq çıxarılıb, obyektdə təxminən 480 nəfər qalıb, təxliyədən sonra isə yalnız minimum ştat saxlanılacaq.

Stansiya fəaliyyətini davam etdirir, çünki İranın enerji təchizatının əhəmiyyətli hissəsini təmin edir. Bununla belə, şirkət xəbərdarlıq edir: obyektə mümkün zərbə ağır radiasiya fəsadlarına səbəb ola bilər.