16:19 - 19.03.2026
19 mart, Fineko/abc.az. Bu ilin ilk 2 ayında Azərbaycana 87 milyon 957 min dollar dəyərində 2 min 588 ton əczaçılıq məhsulları idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 892 min dollar və ya 3,2% azalsa da, miqdar ifadəsilə 1 min 412 ton, başqa sözlə 35,3% azalma qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında ölkəyə 90 milyon 630 min dollar dəyərində 4 min ton əczaçılıq məhsulları gətirilmişdi.
27 İyul 2026