09:29 - 19.03.2026
19 mart, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclar zamanı etalon markaların qiyməti artır.
Saat 09:22-yə olan məlumata görə, “ICE Futures” birjasında “Brent” neftinin may fyuçersi 4,37 dollar (4,07%) bahalaşaraq bir barel üçün 111,75 dollar təşkil edib. 18 mart tarixində keçirilən hərracların yekununda “Brent”in may fyuçersi 3,96 dollar (3,83%) artaraq bir barel üçün 107,38 dollar olub.
Saat 09:22-yə olan məlumata görə, “NYMEX” birjasında “WTI” neftinin may fyuçersi 0,79 dollar (0,83%) bahalaşaraq bir barel üçün 96,25 dollara çatıb. 18 mart hərraclarının nəticələrinə görə, “WTI”nin may fyuçersi 0,07 dollar (0,07%) ucuzlaşaraq bir barel üçün 95,46 dollar təşkil etmişdi. Ötən gün “WTI”nin aprel fyuçersi hərracları 96,32 dollar səviyyəsində başa vurub.
“Brent” və “WTI” markalı neftlər arasındakı qiymət fərqi (spred) 15,5 dollara çatıb.

1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026