Erməni nazir Azərbaycan benzinindən razılıq etdi

15:29 - 18.03.2026


18 mart, Fineko/abc.az. Azərbaycan benzininin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb.

ABC.AZ xəbər verir ki, bunu “Armlur” portalına açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O, bununla belə benzinin keyfiyyəti ilə bağlı araşdırma və ekspertizanın həyata keçirildiyini bildirib:

“Ermənistana gətirilən istənilən benzin yoxlamadan keçir. Azərbaycan benzininin keyfiyyəti yüksəkdir. Bundan əlavə, Avropa benzini satdığını iddia edən, lakin əslində Azərbaycandan alınan neft məhsulunu satan şirkət var”.

Erməni nazirin sözlərinə görə, hökumət məsələ ilə bağlı qayda təyin edib: şirkət bunun Azərbaycan benzini olduğunu bəyan etməlidir, əks halda onu sata bilməyəcək.