17:17 - 17.03.2026
17 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana 12,3 milyon dollar dəyərində 1 096 ədəd yük daşımaq üçün nəzərdə tutulmuş avtomobil idxal edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yük avtomobili idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon dollar və ya 28,9%, miqdar ifadəsilə isə 171 ədəd, başqa sözlə 13,5% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə 17,3 milyon dollar dəyərində 1 267 ədəd yük avtomobili gətirilmişdi.
Bu ilin yanvar-fevral aylarının nəticələrinə görə idxal olunan bir yük avtomobilinin orta qiyməti 11 min 199 dollar (təxminən 19 min 038 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 13 min 627 dollar (təxminən 23 min 166 manat) idi. Bu da illik müqayisədə 2 428 dollar (4 128 manat) və ya 17,8% ucuzlaşma deməkdir.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026