Türkiyə Bolqarıstan ilə sərhəddə yeni gömrük məntəqəsi tikəcək

17:11 - 17.03.2026


17 mart, Fineko/abc.az. Türkiyə AB-yə yük axınını sürətləndirmək üçün Kapıkulenin şimalında yeni keçid məntəqəsi açmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Ticarət naziri Ömər Bolat bildirib.

Layihə hazırda yüksək yükün müşahidə olunduğu Kapıkule, Həmzəbəyli və İpsala keçidlərində növbələrin azaldılmasına yönəlib. Yeni məntəqə nəqliyyat axınlarının bölüşdürülməsinə və malların Avropaya çatdırılmasını sürətləndirməyə kömək edəcək.

İnvestisiya müddəti və həcmi hələ açıqlanmayıb.