Azərbaycandan əmtəə ixracı 7.4% azalıb

16:21 - 17.03.2026


17 mart, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandan əmtəə ixracı 7.4% azalaraq 24.1 milyard dollar təşkil edib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 20.6 milyard dollar olub.

"İxrac olunmuş neft-qaz məhsullarının (20.6 milyard dollar) 12.6 milyrd dolları xam neftin, 7.3 milyard dolları təbii qazın, 0.7 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2025-ci il üzrə qeyri-neft-qazixracı isə 7.0% artaraq 3.5 milyard dollar olub", - məlumatda qeyd edilib.