IEA ölkələri bazara rekord həcmdə neft buraxa bilər

12:13 - 11.03.2026


11 mart, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (BEA) neft qiymətlərinin ABŞ və İsrail ilə İran arasında müharibə fonunda kəskin artmasını azaltmaq üçün tarixdə ən iri həcmdə strateji neft ehtiyatlarının bazara buraxılmasını təklif edib.

ABC.AZ xəbər verir ki, qərarın 11 martda qəbul olunması gözlənilir. Bunun üçün agentliyə üzv olan 32 ölkənin hamısının razılığı tələb olunur.

Rəsmi şəxslərin sözlərinə görə, bu dəfə bazara buraxılacaq neftin həcmi 2022-ci ildə bazara çıxarılan 182 milyon bareli üstələyə bilər.