17:08 - 10.03.2026
10 mart, Fineko/abc.az. Azərbaycanın İqtisadiyyat Nazirliyi və "haimaker.AI Inc." şirkəti Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistemin hazırlanması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.
ABC.AZ xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) istinadən xəbər verir ki, imzalanma mərasiminin Vaşinqtonda USACC-nin 30 illiyi münasibətilə keçiriləcək tədbir çərçivəsində baş tutması gözlənilir.
Memorandumu ABŞ-də səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və "haimaker.AI Inc." şirkətinin baş direktoru və həmtəsisçisi Suq Le imzalayacaqlar.
Azərbaycan nümayəndə heyətinin ABŞ-nin biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşləri də gözlənilir.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
11 Sentyabr 2026