15:22 - 10.03.2026
10 mart, Fineko/abc.az. İraq, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı birgə olaraq neft hasilatını gündə 6,7 milyon barel azaldıb.
ABC.AZ xəbər verir ki, bu, onların ümumi istehsalının təxminən üçdə birinə və dünya tədarükünün 6%-ə yaxındır.
Məlumata görə, İraq hasilatı 2,9 mln b/s azaldıb, Səudiyyə Ərəbistanı – 2–2,5 mln b/s, BƏƏ – 500–800 min b/s, Küveyt – təxminən 500 min b/s.
Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt üçün bu azalma 2026-cı ilin fevral səviyyəsindən 20–25% təşkil edib.
Azalmanın səbəbi Hörmüz boğazının faktiki bağlanmasıdır; bu boğaz vasitəsilə dünya neft ixracının təxminən 20%-i həyata keçirilir. Dəniz yolu ilə tədarük mümkün olmadığından, anbarlar həddindən artıq dolub və region ölkələri hasilatı və emalı azaltmağa məcbur olub.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026