İran ətrafındakı münaqişə Türkiyənin 38 milyard dollarlıq ixracını və turizmini sual altına qoyur

14:50 - 10.03.2026


10 mart, Fineko/abc.az. İran böhranının ən azı üç ay uzadılması Türkiyənin region ölkələrinə ixracını (ildə 31 milyard dollar) və turizm gəlirlərini (7 milyard dollar) təhlükə altına qoya bilər.

ABC.AZ xəbər verir ki, bu barədə “Ekonomim” yazır. Artıq İranla sərhəd məntəqələrində sifarişlərin ləğvi və növbələr qeydə alınır.

Ən pis ssenaridə Türkiyənin bu maddələr üzrə ümumi itkiləri illik gəlirin 10%-ni (ixracdan 273,4 milyard dollar və turizmdən 65 milyard dollar) keçə bilər. Böhran fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından və İslam İnqilabı Keşikçiləri Korpusunun bölgədəki obyektlərə cavab zərbələrindən sonra kəskinləşdi.