Qaz bazarında gərginlik: Avropa və Asiya LNG uğrunda rəqabəti gücləndirir

11:18 - 10.03.2026


10 mart, Fineko/abc.az. Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazında gəmiçiliyə təhdidlərin yaranması səbəbindən Asiya və Avropa alıcıları mayeləşdirilmiş təbii qaz (LNG) tədarükləri uğrunda rəqabəti gücləndirib. Bu boğazdan dünya tədarüklərinin təxminən beşdə biri keçir.

ABC.AZ xəbər verir ki, tədarükdə mümkün fasilələr fonunda bazar ertəsi Avropada qazın qiyməti 30%-dən çox artaraq hər meqavat-saat üçün 69,5 avroya (1 000 kubmetr üçün 750 dollardan çox) yüksəlib. Məlumata görə, Avropaya doğru hərəkət edən bəzi qazdaşıyan gəmilər marşrutlarını dəyişərək Asiyaya yönəlib.

Bu həftə Brüsseldə neft və qaz təchizatının əlaqələndirilməsi üzrə iclaslar keçiriləcək, burada Aİ ölkələri Yaxın Şərqdəki münaqişənin enerji təchizatına təsirini və mümkün cavab tədbirlərini müzakirə edəcəklər.