Avropada qaz qiymətləri kəskin yüksəlir: TTF 720 ABŞ dollarını keçib

14:20 - 4.03.2026


4 mart, Fineko/abc.az. Avropada qazın birja qiymətləri çərşənbə günü ticarətin əvvəlində 11% artaraq min kubmetr üçün 720 ABŞ dollarını ötüb.

ABC.AZ xəbər verir ki, bu barədə Londondakı ICE birjasının statistikalarında deyilir.

Niderlandda yerləşən Avropanın ən iri mərkəzi olan TTF indeksi üzrə aprel (ən yaxın) fyuçersləri Bakı vaxtı ilə saat 11:00-da 706,7 ABŞ dollarından (+8,5%) başlayıb. Saat 12:03-ə olan vəziyyətə görə isə qiymət 723,6 ABŞ dollarına çatıb (+11,1%). Qrafik əvvəlki ticarət gününün hesablanmış qiyməti olan 651,6 ABŞ dolları ilə müqayisə olunur.

Avropada qaz qiymətləri çərşənbə axşamı ilk dəfə 2 fevral 2023-dən bəri min kubmetr üçün 780 ABŞ dollarını keçib.