12:26 - 4.03.2026
4 mart, Fineko/abc.az. İraq, bütün Yaxın Şərqə təsir edən qonşu İran ətrafında hərbi qarşıdurmanın artması səbəbindən demək olar ki, bütün neft hasilatını dayandırıb.
ABC.AZ xəbər verir ki, İraq OPEC-in ikinci ən iri ixracatçısıdır (4,5 milyon b/s). Bununla birlikdə, Hörmüz boğazının blokadası, dolu anbarlar və gəmiçilik riskləri səbəbindən ölkə artıq hasilatı 3 milyon barel azaltmalı olub.
Dünən İraq Kürdüstanının Türkiyənin Ceyhan limanına neft ixracını dayandırdığı barədə məlumat yayılmışdı. Burada xarici şirkətlər təhlükəsizlik məqsədilə yataqlarda fəaliyyətini dayandırıb.
Daha öncə İraq neftinin təxminən üçdə ikisi Çin və Hindistan tərəfindən alınırdı.
Eyni zamanda, İranın elit Sepah bölməsi Hörmüz boğazına tam nəzarət etdiklərini və 10-dan çox neft tankerini məhv etdiklərini açıqlayıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026