Yanvarda aqrar məhsullar üzrə ixrac 32,6% artıb

16:05 - 3.03.2026


3 mart, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, İcmala əsasən, bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞ dolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.