Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

09:48 - 3.03.2026


3 mart, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.