09:41 - 3.03.2026
3 mart, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda etalon mark markaların qiymətləri yüksəlməyə davam edir.
Saat 09:40-a olan məlumata görə, ICE Futures birjasında Brent neftinin may fyuçersinin qiyməti 2,57 dollar (3,31%) artaraq bir barel üçün 80,31 dollara çatıb. 2 mart ticarət sessiyasının yekunlarına əsasən, onun qiyməti 4,87 dollar (6,68%) bahalaşaraq bir barel üçün 77,74 dollar təşkil etmişdi.
NYMEX birjasında saat 09:40-a qədər WTI neftinin aprel fyuçersinin dəyəri 1,97 dollar (2,77%) artaraq bir barel üçün 73,20 dollara yüksəlib. 2 mart tarixində baş tutan ticarət əməliyyatlarının nəticələrinə görə, bu müqavilənin qiyməti 4,21 dollar (6,28%) artaraq bir barel üçün 71,23 dollar olub.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026