Avropanın yeraltı qaz ehtiyatların həcmi 30%-dən aşağı düşüb.

15:40 - 2.03.2026


2 mart, Fineko/abc.az. Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi 30%-dən aşağı düşüb.

Bu barədə ABC.AZ, Qazprom-un məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Avropanın aparıcı iqtisadiyyatları olan ölkələrdə qaz anbarlarının doluluq səviyyəsi orta Avropa göstəricisindən xeyli aşağıdır. Belə ki, Almaniyada ehtiyatlar 20,6%, Fransada 21,4%, Niderlandda isə 10,7% təşkil edir.

Qeyd olunur ki, yaxın vaxtlarda Avropa ölkələri yenidən qaz anbarlarını doldurma prosesinə başlamalı olacaqlar.

Eyni zamanda, Yaxın Şərqdə mövcud gərginliyin uzun müddət davam etməsi həm qiymətlərə, həm də qaz tədarükünün sabitliyinə ciddi təsir göstərə bilər.

Bundan əlavə, hava şəraiti də vacib amillərdən biridir. Soyuq qışdan sonra isti yay proqnozlaşdırılır ki, bu da enerji bazarında tələbat və qiymət dinamikasına təsir edə bilər.