12:22 - 2.03.2026
2 mart, Fineko/abc.az. Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisinə daxil olan bəzi ərazilərdə elektrik enerjisi olmayacaq.
"Azərişıq"dan ABC.AZ-a verilən məlumata görə, martın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində güc artımı və yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, saat 11:00-dan 16:00-dək Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi, eləcə də Araz küçəsinin 1, 2, 3, 4, 5-ci döngələri və yeni yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, güc artımı və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026