Avropada qazın qiyməti yazın ilk günündə 20%-ə yaxın yüksəlib

11:41 - 2.03.2026


2 mart, Fineko/abc.az. Yazın ilk ticarət günündə Avropada birja qaz qiymətləri kəskin artaraq demək olar ki, 20%-i keçib və 1000 kubmetr üçün 460 ABŞ dollarından çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatlar ICE London birjası tərəfindən təqdim olunub.

TTF indeksi üzrə aprel fyuçersləri (Niderlandda Avropanın ən iri qaz mərkəzi) saat 11:00-da (Bakı vaxtı ilə) min kubmetr üçün 464,7 dollar səviyyəsində başlayıb ki, bu da cümə gününün hesablaşma qiymətindən 19,1% yüksəkdir (390,1 dollar).

Saat 11:04-də kotirovkalar 465,4 ABŞ dollarına yüksəlmişdir (+19,3%).