Neft bahalaşır: Brent bir barel üçün $77,76 təşkil edir

09:27 - 2.03.2026


2 mart, Fineko/abc.az. ABŞ-ın İrana zərbələri və regiondan yanacaq tədarükündə fasilələrin yaranacağı ilə bağlı narahatlıqlar fonunda bazar ertəsi keçirilən hərraclarda neftin etalon markalarının qiyməti durmadan artır.

Saat 09:22-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin may fyuçersinin qiyməti $4,89 (6,71%) kəskin qalxaraq bir barel üçün $77,76-a çatıb. 27 fevraldakı hərracların yekununda "Brent"in may fyuçersi $2,03 (2,87%) bahalaşaraq bir barel üçün $72,29 təşkil etmişdi.

"NYMEX" birjasında "WTI" neftinin aprel fyuçersi saat 09:22-ə qədər $4,32 (6,45%) bahalaşaraq bir barel üçün $71,34-a yüksəlib. 27 fevraldakı hərracların yekununda "WTI"nin aprel fyuçersi $1,81 (2,78%) artaraq bir barel üçün $67,02-a çatmışdı.

Ötən həftənin yekunlarına görə, "Brent" nefti 1,00%, "WTI" isə 0,81% bahalaşıb.