ABŞ fevralda Venesuela neftindən 2 milyard dollar gəlir gözləyir

11:04 - 27.02.2026


27 fevral, Fineko/abc.az. ABŞ-ın nəzarəti altında olan Venesuela neftinin satışından əldə olunan gəlir fevralın sonuna qədər 2 milyard dollara çatacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-ın energetika naziri Kris Rayta istinadən məlumat yayıb.

Energetika naziri, xüsusilə ayın sonuna qədər hər barreli təxminən 50 dollar olmaqla, 40 milyon barrelə yaxın neftin realizə olunacağını gözləyir. Rəsmi şəxs qeyd edib ki, Bolivar Respublikasının karbohidrogenlərinin satışı Asiya və Avropadan olan istehlakçılara yönəlib.

Rayt əlavə edib ki, Çinin müstəqil neft emalı zavodları Venesuela neftini açıq bazardan ala biləcəklər.