10:34 - 27.02.2026
27 fevral, Fineko/abc.az. Nadir İmanov 1 aprel 2026-cı il tarixindən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
ABC.AZ xəbər verir ki, yeni vəzifəsində Nadir bp-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq.
O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
Nadir bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək.
Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.
Bu vəzifədə Nadir bp-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026