11:11 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2025-ci ilin yanvarında 0.3 faiz azalaraq 56.9 milyard manat təşkil edib. Öncəki ayda bu rəqəm 57.1 mlrd. manat idi.
ABC.AZ xəbər verir ki, sektorun cəmi öhdəlikləri 49.5 milyard manat, balans kapitalı isə 7.4 milyard manat olub.
Bank sektorunun kredit portfeli 30 milyard manata yaxınlaşıb.
Kreditlərin 53.2%-i və ya 15.9 milyard manatı biznes kreditlərinin payına düşür.
İstehlak kreditləri 9.4 milyard manatla portfelin 31.4%-ni, ipoteka kreditləri isə 4.6 milyard manatla 15.4%-ni təşkil edir.
Öhdəliklərin strukturunda əsas pay yenə də depozitlərə məxsusdur. Depozit portfeli 36.8 milyard manat olmaqla, cəmi öhdəliklərin 74.3%-ni təşkil edir. Bunun 20.5 milyard manatı hüquqi şəxslərin, 16.3 milyard manatı isə fiziki şəxslərin depozitləridir.