09:30 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclarda etalon markaların qiyməti artır.
Saat 09:20-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin aprel fyuçersinin qiyməti $0,23 (0,33%) artaraq bir barel üçün $71,08 təşkil edib. 25 fevral tarixindəki hərracların yekununda "Brent"in aprel fyuçersi $0,08 (0,11%) bahalaşaraq bir barel üçün $70,85 olub.
"NYMEX" birjasında "WTI" neftinin aprel fyuçersinin qiyməti saat 09:20-yədək $0,19 (0,29%) artaraq bir barel üçün $65,61-ə yüksəlib. 25 fevral tarixli hərracların yekununda "WTI"nin aprel fyuçersi $0,21 (0,32%) ucuzlaşaraq bir barel üçün $65,42 təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026