16:24 - 25.02.2026
25 fevral, Fineko/abc.az. ABŞ İndoneziya (86–148 %) və Laos (81 %) istehsalı olan günəş batareyalarının idxalına rüsumlar tətbiq edib. Səbəb xarici subsidiyaların ixracatçılara məhsulu ABŞ istehsalçılarından daha ucuz satmağa imkan verməsidir.
ABC.AZ xəbər verir ki, rüsumların artırılmasının məqsədi ədalətli rəqabəti təmin etmək, daxili istehsal güclərini bərpa etmək və yüksək maaşlı iş yerləri yaratmaqdır.
Bloomberg agentliyinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Hindistan, İndoneziya və Laos ABŞ-ın günəş modulları idxalının 57 %-ni təmin edib. Yeni tariflər Hindistandan ixrac üçün ABŞ bazarını demək olar ki, əlçatmaz edəcək. Belə ki, 2024-cü ildə Hindistandan günəş batareyalarının idxalı 792,6 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə iki dəfədən çoxdur.
Çərşənbə axşamı Donald Tramp tərəfindən bütün ölkələrdən idxala 150 gün müddətinə 10 %-lik rüsumların tətbiqi barədə fərman qüvvəyə minib. Bununla əlaqədar olaraq, Hindistan və ABŞ nümayəndələrinin müvəqqəti ticarət sazişinin hüquqi rəsmiləşdirilməsinin başa çatdırılmasına dair görüşü mart ayına təxirə salınıb. Daha əvvəl tərəflər sazişin birinci mərhələsinin razılaşdırıldığını və sənədin imzalanma üçün hüquqi formaya salınacağını bildirmişdilər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026