Rusiya neft tədarükünü Hindistandan Çinə yönəldib

11:09 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Rusiya şirkətləri neftin ixrac logistikasını dəyişərək tədarükü Çinə artırıb, Hindistana isə azaldıblar.

ABC.AZ-ın məlumatına görə, bu barədə Bloomberg Vortexa və Kpler məlumatlarına istinadən xəbər verib. Nəqliyyat üçün getdikcə daha çox böyük tonnajlı VLCC tankerindən istifadə olunur ki, uzun marşrutu kompensasiya etmək və lazım gələrsə nefti dənizdə saxlamaq mümkün olsun.

Nəticədə, neft tədarükü Çinə gündəlik 1,39 milyon barreldən 2,09 milyon barrelə yüksəlib, Hindistana ixrac isə təxminən 700 min barrel azalıb. Çinin tələbatının artması həmçinin Rusiya ixracatçılarını Urals neftində Brent neftinə nisbətən endirimləri artırmağa məcbur edir.