Neft bahalaşır: Brent bir barel üçün $71,17 təşkil edir

09:17 - 25.02.2026


25 fevral, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti əvvəlki ticarət sessiyasının nəticələrinə görə baş vermiş azalmadan sonra artmaqdadır.

Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin aprel fyuçersinin qiyməti $0,40 (0,57%) artaraq bir barel üçün $71,17 təşkil edib. Fevralın 24-də keçirilən hərracların yekununda Brent-in aprel fyuçersi $0,72 (1,01%) ucuzlaşaraq bir barel üçün $70,77-a düşüb.

NYMEX birjasında WTI neftinin aprel fyuçersinin qiyməti saat 09:14-ə qədər $0,42 (0,64%) artaraq bir barel üçün $66,05 olub. Fevralın 24-də keçirilən hərracların nəticələrinə görə, WTI-ın aprel fyuçersi $0,68 (1,03%) ucuzlaşaraq bir barel üçün $65,63-a enmişdi.