Apple Mac mini istehsalının bir hissəsini ABŞ-yə köçürəcək

17:21 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Apple şirkəti Mac mini masaüstü kompüterlərinin istehsalının bir hissəsini Asiyadan ABŞ-a köçürəcək. Yeni istehsal prosesinin ilin sonunadək Hyuston şəhərində yerləşən müəssisədə işə salınması planlaşdırılır.

ABC.AZ-ın Reuters-ə istinadən verdiyi məlumata görə, bu addım Apple-ın ABŞ-da investisiyalarını genişləndirmə strategiyasının bir hissəsidir. Şirkət daha əvvəl növbəti dörd il ərzində ölkəyə 600 milyard dollar sərmayə yatıracağını açıqlamışdı.

Qeyd olunur ki, yığım artıq süni intellekt sistemləri üçün serverlərin istehsal olunduğu eyni zavodda həyata keçiriləcək və burada həmçinin işçilərin hazırlanması üçün təlim mərkəzi açılacaq. Bloomberg bildirir ki, bu qərar ABŞ hakimiyyətinin, o cümlədən Donald Tramp tərəfindən xaricdə istehsal olunan məhsullara rüsum tətbiqi ilə bağlı təzyiqləri fonunda qəbul edilib.