16:16 - 24.02.2026
24 fevral, Fineko/abc.az. Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda zavod açıb.
ABC.AZ xəbər verir ki, sözügedən müəssisə Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində fəaliyyət göstərir.
Alim Qasımova məxsus olan fabrik karton-kağız istehsalı və emalı üzrə ixtisaslaşıb.
Hazırda həmin fabrik Alim Qasımovun ailə üzvləri tərəfindən idarə olunur.
8 İyun 2026