Azərbaycan nefti bahalaşıb

10:01 - 24.02.2026


24 fevral, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  bahalaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,54 % artaraq 73,31 ABŞ  dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.