OpenAI $100-a ChatGPT Pro Lite tarifini hazırlayır

17:22 - 23.02.2026


23 fevral, Fineko/abc.az. OpenAI aylıq 100 dollar qiymətində yeni ChatGPT Pro Lite tarif planını işə salmağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, bu plan Plus ($20) və Pro ($200) tarifləri arasında olcaq, istifadəçilərə tədqiqat, frilans və inkişaf üçün daha çox kvota və imkanlar təqdim edəcək. Pro Lite, dərin məntiqi düşünmə modelindən istifadə həcmində 3–5 dəfə artım təmin edə və Codex ilə işləməyi də nəzərə ala bilər.