Yanvarda Azərbaycanda 1 194 milyon ədəd siqaret istehsal edilib

14:54 - 23.02.2026


23 fevral, Fineko/abc.az. 2026-cı ilin yanvar ayında Azərbaycanda 1 194 milyon ədəd siqaret istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.1% artıb. 01.02.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1 264.1 milyon ədəd təşkil edir.

Hesabat dövründə ölkədə 49.9 ton tütün istehsal edilib ki, bu da illik müqayisədə 66.8% azdır. 01.02.2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 150.4 tondur.