17:19 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Bu ilin yanvar ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 979,4 milyon kubmetr qaz nəql edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 11,7 % çoxdur.
Hesabat dövrünə qazın nəqlinin 47,9 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 1 milyard 905,1 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 15,3 % çoxdur.