AQTA 1.5 milyon manata qeyri-yaşayış sahəsi icarəyə götürür

11:58 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi qeyri-yaşayış sahəsinin icarəyə verilməsi xidməti üzrə satınalma həyata keçirib.

ABC.AZ xəbər verir ki, satınalmanın qalibi “Faktor Qrup-S-1” Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 1 460 887 manat təşkil edir.

Satınalma çərçivəsində Agentlik tərəfindən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi nəzərdə tutulur.