Azərbaycanın xaricə satdığı neftin orta qiyməti bir barel üçün 66,7 dollar olacaq - BVF

10:21 - 20.02.2026


20 fevral, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 66,7 ABŞ dolları təşkil edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə IMF-nin açıqladığı məlumatlarda qeyd edilib. Bildirilib ki, 2027-ci ildə 64,9 ABŞ dollarına qədər cüzi azalmadan sonra yüksələn trend proqnozlaşdırılır: 2028-ci ildə 65,4 ABŞ dolları, 2029-cu ildə isə 66,4 ABŞ dolları. 2030-cu ildə isə ixrac neftinin orta qiyməti bir barel üçün 67,2 ABŞ dollarına çatacaq, 2031-ci ildə isə 68,5 ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, “Azeri Light” “Brent”lə müqayisədə 2-3 dollar premiumla satılır (bir barel üçün ABŞ dolları ilə).

Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.