09:21 - 20.02.2026
20 fevral, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti artmaqda davam edir və həftəni artımla başa vurur.
Saat 09:14-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin aprel fyuçersinin qiyməti $0,35 (0,49%) artaraq bir barel üçün $72,01 təşkil edib. 19 fevral ticarət sessiyasının nəticələrinə görə, "Brent"in aprel fyuçersi $1,31 (1,86%) bahalaşaraq bir barel üçün $71,66-ya yüksəlmişdi.
"NYMEX" birjasında "WTI" neftinin mart fyuçersi saat 09:14-dək $0,35 (0,53%) bahalaşaraq bir barel üçün $66,78 təşkil edib. 19 fevral hərraclarının yekununda mart fyuçersi $1,24 (1,90%) artaraq $66,43-ə çatmışdı. Mart müqavilələrinin dövriyyə müddəti cümə günü bazarın bağlanması ilə başa çatır. Daha aktiv şəkildə satılan aprel fyuçersləri isə həmin vaxtadək $0,36 (0,54%) bahalaşaraq bir barel üçün $66,76 təşkil edib.
Həftənin əvvəlindən bəri "Brent" nefti 6,29%, "WTI" isə 6,39% bahalaşıb.