Azərbaycanda inflyasiya 2,4% təşkil edir

13:02 - 12.11.2018


12 noyabr, Fineko/abc.az. Yanvar-oktyabr aylarında Azərbaycanda inflyasiya 2,4% təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, o cümlədən ərzaq məhsulları 2,1%, qeyri-ərzaq məhsulları 2,8%, ödənişli xidmətlər 2,6% bahalaşıb.

“Oktyabr ayında inflyasiya 0,2% təşkil edib, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları 0,2%, xidmətlər 0,1% bahalaşıb”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.